İranı İsrail tək vurmayıb – SENSASİYALI ETİRAF – FOTObackend

İranı İsrail tək vurmayıb – SENSASİYALI ETİRAF – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə İranın bir sıra şəhərlərindəki hərbi və kritik infrastruktur obyektlərinə endirilmiş hava hücumu zərbələrini sadəcə, İsrail reallaşdırmayıb.

Milli.Az bildirir ki, The Wall Street Journal  dimplomatik mənbələrə istinadən bu zərbələrin İsraillə ABŞ-ın birgə reallaşdırdıqlarını vurğulayıb.

İranın rəsmi qurumları aviazərbələr nəticəsində dəymiş ziyanın real həcmini hələ də açıqlamırlar.

Bu zərbələrdə ABŞ-ın iştirak etməsi ilə bağlı diplomatik mənbələrin açıqlaması isə sensasiyalı etiraf sayıla bilər. Çünki ABŞ 1979-cu ildən bəri İran ərazində hərbi əməliyyatlar keçirməyib.

Gecə endirilmiş zərbələr isə ABŞ ilə İran arasındakı münasibətlərin artıq ifrat pisləşməsinə, vəziyyətin eskalasiyasına dəlalət edir.