İranlı təlimatçılar Belarusda da göründülərbackend

İranlı təlimatçılar Belarusda da göründülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Milli Müqavimət Mərkəzi bildirir ki, belarusda da iranlı təlimatçılar işləyir. Editor.az bildirir ki, bu barədə CNS saytı xəbər yayıb. Xəbərə görə, Qomel vilayətinin Mikuliçi kəndində Rusiya Milli Qvardiyaçıları və FSB zabitlərinin ciddi mühafizəsi altında olan bir qrup iranlı təlimatçı, İran İslam Respublikası İİKK-nın zabitləri görünüb.

Onlar “Şahed-136” PUA-nın Kiyevdəki infrastruktur obyektlərinə, habelə Ukraynanın şimal və qərb vilayətlərinə buraxılışını əlaqələndirirlər. Yerli və məxvi məlumatlara görə, ruslar Baranoviçi və Lidadakı hava bazalarını tamamilə nəzarətə götürüb və oradan Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə etməkdə davam edirlər.

  //Samir,Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!