İsrail təlaş içərisində: “Bayden xəbərdarlıq mesajı göndərib”backend

İsrail təlaş içərisində: “Bayden xəbərdarlıq mesajı göndərib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin keçmiş müdafiə naziri və müxalif Milli Birlik Partiyasının sədri Benni Qantz ABŞ prezidenti Co Baydenin İsrail hökumətini tənqid etməsinə münasibət bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Qantz Twitter hesabından verdiyi açıqlamada qeyd edib.

“ABŞ prezidenti Co Bayden İsrail hökumətinə təcili xəbərdarlıq mesajı göndərib. Ən mühüm müttəfiqimiz və ən yaxşı dostumuz olan ABŞ ilə münasibətləri pozmaq strateji hücumdur. Netanyahu vəziyyəti düzəltmək və bu dəyərlərin əsasını təşkil edən İsrail demokratiyasını qorumaq naminə cəld hərəkətə keçməlidir”.

Safura Bənnayeva