Lukaşenko və Si Cinpinin Pekində görüşü başlayıbbackend

Lukaşenko və Si Cinpinin Pekində görüşü başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 28-də Belarus prezidenti Aleksandr Lukaşenkonun Çinə səfəri çərçivəsində Pekində Çin sədri Si Cinpinlə görüşü baş tutub. Editor.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidmətinə yaxın olan “Pul of the First” Telegram kanalı məlumat yayıb. “Bugünkü görüş indiki vəziyyətdə yeni yanaşmalar və məsuliyyətli siyasi qərarlar tələb edən çox çətin bir zamanda keçirilir”, – Lukaşenko bildirib. Lukaşenko Tayvan ətrafında gərginliyi artırmağa yönəlmiş hərəkətləri də pisləyib.

Bundan əvvəl isə Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin və Çinin heç vaxt dost olmaq və ya kiməsə qarşı birləşmək məqsədi güdmədiyini bildirmişdi. O, bu barədə Pekində Çinin Baş naziri Li Keqianqla görüşü zamanı qeyd edib.

//Gülnarə Abasova, Editor.az