“Regionun gələcəyi birgə yaşayış və əməkdaşlıq üzərində qurulmalıdır”- Millət vəkili ŞƏRH EDİRbackend

“Regionun gələcəyi birgə yaşayış və əməkdaşlıq üzərində qurulmalıdır”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsində qazandığımız böyük qələbə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına və Ermənistanla sülh müqaviləsi imzalayaraq qonşuluq münasibətlərinin formalaşdırılmasına imkan yaratdı. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda sülh və əməkdaşlıq prosesinə gedən yola necə başlanmalı olduğu çox açıq şəkildə qeyd olunub. Təəssüf ki, Ermənistan bu bəyanatın 4,6 və 9-cu bəndlərini icra etmədi və öz dayaqlarına arxalanaraq revanşist ritorikasını yenidən gündəmə gətirdi. Həm də Qarabağda ermənilərin məskunlaşdığı ərazilərdə yenidən təxribatlar törətməyə başladılar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Müzəffər Ordumuz 23 apreldə Həkəri körpüsünün üzərində DSX-nin nəzarət-keçid məntəqəsini yaratmaqla gələcəkdə baş verə biləcək yeni təxribatların qarşısını almış oldu və sülhməramlıların məsuliyyət zonasında yeni situasiya formalaşdırdı:

“Bu situasiya sülhməramlıların müəyyən olunmuş vaxtda ərazilərimizin tərk etməsinə və reintiqrasiya prosesinin sürətlənməsinə xidmət edəcək. Belə ki, bu gün ermənilərin məskunlaşdığı ərazilərdə işğaldan əvvəl yaşayan azərbaycanlılar öz doğma yurdlarına qayıdacaq. Təbii ki, bu, rahat proses deyil. Çünki 30 il düşmənçilik şəraitində yaşayan xalqların bir gün ərzində yenidən reinteqrasiya olunması çətindir. Amma qanunlarımız o ərazilərdə işləyəndə ermənilərin bizimlə yaşamaqdan başqa yolu qalmayacaq”.

A.Badamovun sözlərinə görə, reinteqrasiya prosesinin həyata keçirilmə mərhələləri də üçtərəfli bəyanatda nəzərdə tutulub:

“Belə ki BMT Qaçqınlar üzrə Ali Komissarlığının təşəbbüsü altında bu reinteqrasiya prosesi baş tutacaq. Hesab edirəm ki, bir müddət keçdikdən sonra Ermənistanla sülh müqaviləsi bağlanacaq və vətəndaşlarımız olan ermənilərin yaşaması üçün qanunlarımıza uyğun şəraitlər də yaradılacaq. Nəhayət, ermənilər 30 ildən çox müddətdə azərbaycanlılara qarşı bu qədər haqsızlıqlar etdiklərinə görə təəssüflənəcək. Regionun gələcəyi birgə yaşayış və əməkdaşlıq üzərində qurulmalıdır”.

//Gülnarə Abasova, Editor.az