Ukraynaya hərbi təcavüzündən sonra tətbiq edilən kütləvi sanksiyaları fonunda Rusiya Avropa İttifaqının əsas neft tədarükçüsü statusunu itirib.
“Eurostat”a istinadən Editor.az xəbər verir ki, Ukraynada müharibə başlayandan bəri Rusiyanın Aİ-yə neft ixracında payı 4%-ə qədər azalıb. Hazırda neft ixracında birinci yer 2022-ci ilin dekabrında Avropa idxalının 18%-ni təşkil edən ABŞ-a məxsusdur.
Rusiyanın Ukraynaya hücumundan əvvəl Aİ-nin ümumi neft idxalının 24%-31%-i (ayda 40-50 milyon barel) Rusiyadan gəlirdi. ABŞ 10-13% (19-21 milyon barel) payla ikinci tədarükçü olub. Norveç və Qazaxıstan 8%-dən 14%-ə qədər paya sahib idilər. Onları İraq (7-12%), Liviya və Böyük Britaniya (hər biri 5%) izləyib.
//Samir Qurbanov,Editor.az