Rusiya: Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşməsi üçün platforma yarada bilərikbackend

Rusiya: Türkiyə və Suriya xarici işlər nazirlərinin görüşməsi üçün platforma yarada bilərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Türkiyə və Suriya xarici işlər nazirləri arasında görüş ideyasını dəstəkləyir və lazım gələrsə , bu görüş üçün platforma təqdim edə bilər”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. O, belə bir görüşün faydalı olacağını və hələ ki, bu əlaqələrin yalnız müdafiə nazirlikləri və kəşfiyyat xidmətləri vasitəsilə həyata keçirildiyini diqqətə çəkib. Boqdanov Rusiyanın Ankara ilə Dəməşq arasında, eləcə də regionun digər ölkələri üçün dövlətlərarası münasibətlərin normallaşmasının tərəfdarı olduğunu qeyd edib.

//Gülnarə Abasova, Editor.az