Rusiya: “Ukraynanın Qara dəniz donanmasına hücumları Taxıl Sazişini təhlükə altına qoyur”backend

Rusiya: “Ukraynanın Qara dəniz donanmasına hücumları Taxıl Sazişini təhlükə altına qoyur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın keçən ilin oktyabr ayında pilotsuz dəniz nəqliyyat vasitələri ilə Qara Dəniz Taxıl Dəhlizinin təhlükəsizliyi təmin edən Qara dəniz Donanmasının gəmilərinə və mülki gəmilərə qarşı “terror hücumu” təşkil etdiyi üçün Rusiyanın Ukrayna limanlarından taxıl məhsullarının ixracına dair razılaşmanı dayandırdığı diqqətə çatdırılıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib.

“Onu da xatırladaq ki, bu saziş yalnız Türkiyənin zəmanətləri ilə Ukraynanın öz limanlarından və humanitar dəhlizindən Rusiyaya qarşı hərbi əməliyyatlarda istifadə etməmək barədə yazılı öhdəlikləri sayəsində yenilənmişdi”,-bəyanatda deyilir.

Bəyanatda o da qeyd olunub ki, Ukrayna bu il martın 23-də və aprelin 24-də Rusiya Qara Dəniz Donanmasının Sevastopoldakı bazasına və Krımdakı mülki infrastruktura mövcud zəmanətləri pozaraq pilotsuz dəniz nəqliyyat vasitələri ilə dəfələrlə hücum edib.

//Safura Bənnayeva, Editor.az