Ruslar Abxaziyada hava limanı tikəcəkbackend

Ruslar Abxaziyada hava limanı tikəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tezliklə Suxumda hava limanı inşa edə bilər.

Editor.az bildirir ki, bunu qondarma Abxaziya Respublikasının qondarma prezidenti Aslan Bjani deyib. Onun sözlərinə görə, bununla əlaqədar hökumətlərarası saziş mart və ya apreldə imzalana bilər.

Abxaziya “rəhbəri” qeyd edib ki, aeroportun yaradılması üçün hardasa bir neçə milyard rubl lazımdır. Kuban və Krıma uçuşların məhdudlaşdırılması, eləcə də beynəlxalq turizmlə bağlı çətinliklər səbəbindən Abxaziyanın paytaxtına uçuşlara tələbatın güclü olacağı gözlənilir.

  //Samir Qurbanov, Editor.az