Ruslar Nikolayevə raket zərbəsi endiribbackend

Ruslar Nikolayevə raket zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçıları Nikolayevə raket hücumu həyata keçirib. Editor.az xəbər verir ki, bu barədə Nikolaev şəhərinin meri Aleksandr Senkeviç məlumat verib.

O, bildirib ki, dağıntı və ya insan tələfatı barədə hələ ki məlumat yoxdur. Mer daha sonra əlavə məlumat verəcəyini vəd edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son 24 saat ərzində Yujnobuqski istiqamətində rus ordusu əsas səylərini Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin irəliləməsinin qarşısını almağa yönəldib. Rusiya hərbi qüvvələri yaşayış məntəqələrini artilleriya və raket artilleriyasından bombalayıb, “Ka-52” helikopteri ilə hava zərbələri endirib.

//Gülnarə Abasova, Editor.az