Sergey Lavrov Braziliyaya səfər edibbackend

Sergey Lavrov Braziliyaya səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikasına səfəri çərçivəsində Braziliyaya rəsmi səfər edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, onu Braziliyanın xarici işlər naziri Mauro Vieyra qarşılayıb.

Təkbətək və nümayəndə heyətləri arasıdakı görüşdən sonra nazirlər birgə mətbuat konfransında qiymətləndirmələr aparıblar. Vieyra iki ölkə arasında ticarət, enerji, müdafiə, mədəniyyət, təhsil, elm, sənaye və sərmayə ilə yanaşı, ticarət əlaqələrindən də danışdıqlarını bildirib. Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını ifadə edən nazir, insan haqları qanunlarına hörmət çərçivəsində ən qısa zamanda atəşkəsin yaradılması lazım olduğuna diqqət çəkib.

Rusiyaya qarşı birtərəfli sanksiyaların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına mənfi təsir etdiyini vurğulayan Vieyra Braziliyanın bu problemin həlli üçün üzərinə düşəni etməyə hazır olduğunu qeyd edib.

“Biz baş verənlərin səbəblərini və bununla bağlı hansı məqsədləri güdəcəyimizi dəfələrlə ətraflı izah etmişik”-deyə Lavrov Moskvanın Ukraynadakı münaqişəni ən qısa zamanda həll etmək istədiyini qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Lavrovun 17-21 aprel tarixlərində Latın Amerikası ölkələrinə, o cümlədən Braziliya, Venesuela, Nikaraqua və Kubaya rəsmi səfər edəcəyi açıqlanıb.

//Safura Bənnayeva, Editor.az