Sergey Lavrov Entoni Blinkeni Nyu-Yorka dəvət etdibackend

Sergey Lavrov Entoni Blinkeni Nyu-Yorka dəvət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra xarici işlər nazirlərini aprelin 24-25-də keçiriləcək BMT Təhlükəsizlik Şurasının nazirlər toplantısında iştirak etməyə dəvət edib.

Onların arasında ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken də var.

Editor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin məlumat verib: “Bunun olub-olmayacağını bilmirəm (Lavrov və Blinkenin görüşünün). Mən bilirəm ki, nazir xarici işlər idarələrinin rəhbərlərini, Dövlət Departamentini və başqalarını sədrlik edəcəyi iclaslarda iştirak etməyə dəvət edib”, – Pankin deyib. Eyni zamanda diplomat BMT Təhlükəsizlik Şurası iclasının iştirakçılarının yekun siyahısını da bilmədiyini bildirib: “Cavabın nə olduğunu bilmirəm, kim gələcək, kim gəlməyəcək”, – o əlavə edib.

  //Samir Qurbanov.Editor.az