Sergey Şoyqu və Valeri Gerasimovun həbsi üçün orderlər hazırdır?backend

Sergey Şoyqu və Valeri Gerasimovun həbsi üçün orderlər hazırdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order hazırladığı barədə şayiələr yayılıb.

Editor.az xəbər verir ki, bunu rusiyalı politoloq, tarix elmləri doktoru Valeri Solovey deyib. Onun sözlərinə görə, “indi bir şayiə var ki, eyni anda iki order hazırlanıb – Şoyquya və Valeri Gerasimova qarşı. Biz təxmin edə bilərik, lakin hələ ki, ictimaiyyətə açıqlanmayıb”.

Məsələ ilə yaxından tanış olan şəxslərin fikrinə istinad edən analitik vurğulayıb ki, sərəncamın hazırlanması qətiyyən o demək deyil ki, mütləq veriləcək və elan olunacaq. Nümunə olaraq o, BCM-nin Rusiya Federasiyasının prezidenti Vladimir Putinin həbsi üçün verdiyi orderlə bağlı vəziyyətdən danışıb. Təhlilçinin sözlərinə görə, belə bir sərəncamın bir neçə ay əvvəl hazırlandığı məlum idi.

Solovey iddia edib ki, Rusiya liderini Ukraynaya qarşı təcavüzü dayandırmağa sona qədər inandırmağa çalışıblar və yalnız Putin bunlardan sonra onun həpsinə order verilib. Yəqin ki, bu baş verməyə də bilərdi.

//Samir Qurbanov,Editor.az