SON DƏQİQƏ! Şoyqu İstanbula uçdu – Ukrayna ilə saziş imzalanacaqbackend

SON DƏQİQƏ! Şoyqu İstanbula uçdu – Ukrayna ilə saziş imzalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İstanbulda Ukrayna limanlarından taxıl ixracına imkan verəcək dəhlizlə bağlı imzalanacaq sənədlərin bəzi detalları məlum olub.

ilk növbədə Ukrayna limanlarında mühasirədə qalan 80-dək quru yük gəmisinin çıxışına şərait yaradılacaq.

Bunun nəticəsində 25 milyon taxıl dünya bazarına çatacaq.

TASS İstanbuldakı mənbəsinə əsasən bildirir ki, taxıl dəhlizinin əsas şərti yük gəmilərinin təhlükəsizliyinə zəmanətin verilməsi olub.

“Habertürk”ün yaydığı məlumata görə isə, Rusiya və Türkiyə tərəfdən müvafiq sənədləri müdafiə nazirləri imzalayacaq. Artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu İstanbuldadır.

Musavat.com