SON DƏQİQƏ: Türkiyə-Azərbaycan sərhədi bu şəxslər üçün açıldıbackend

SON DƏQİQƏ: Türkiyə-Azərbaycan sərhədi bu şəxslər üçün açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyul ayınının 1-indən sentyabrın 1-nə qədər Naxçıvan – Türkiyə keçidini təmin edən “Dilucu” sərhəd məntəqəsi vətəndaşların üzünə bağlanmışdı.

Sərhədlər bəzi şəxslər üçün açılıb. Belə ki, bu şəxslər sərhədlərin bağlı olduğu müddətdə qarşılıqlı olaraq keçid edə bilərlər:

–  Azərbaycanda və Türkiyədə təhsil alan tələbələr;

–  Sənədlərini təqdim etməklə iş adamları;

–  Qarşılıqlı olaraq hər iki ölkə vətəndaşlarının cənazə mərasiminə;

–  Naxçıvana öz şəxsi maşını ilə keçmək istəyən Azərbaycan vətəndaşlarına;

–  Naxçıvandan gəlmək istəyən türk vətəndaşları və üçüncü ölkə vətəndaşları;

– Sənədlərini təqdim etmək şərti ilə Azərbaycanda və Türkiyədə müalicə alan hər iki ölkə vətəndaşları;

– Naxçıvan üzərindən hava yolu ilə keçmək istəyən hər iki ölkə vətəndaşlarına.

Yenisabah.az