Strateji kommunikasiyanın effektli üsulu: Şüuraltı mesajlar-Müjgan Əliyevanın yazısıbackend

Strateji kommunikasiyanın effektli üsulu: Şüuraltı mesajlar-Müjgan Əliyevanın yazısı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiki zamanda bir çox insanlar inanır ki, düzgün seçilmiş cümlələr ilə biz kütlənin düşüncələrinə təsir edə bilərik. Təəsüflər olsun ki, bu kimi hallardan yola çıxaraq, çox zaman bizim bədən dilimiz tamam başqa fikirləri ifadə edir, cümlələrimiz isə tamam başqa. Bu gedişatın nəticəsi olaraq, kommunikasiya aləmində anlaşılmazlıq baş verir.

Nəzərə almaq lazımdır ki, fikirlərimizi ifadə etmək üçün daima düzgün seçilmiş cümlələri istifadə etməyə ehtiyacımız yoxdur. PR, reklam və eyni zamanda marketinq aləmində çox geniş bir şəkildə tətbiq olunan subliminal mesajlar, bu nöqtədə bizim bildiyimiz bütün stratejiyaları alt-üst edib, kommunikasiya aləminə bir başqa rəng qatır.

Lakin tətbiq olunduğu ilk gündən çoxlu mübahisələrə səbəb olan və hal-hazırda bir çox ölkələrdə qadağan olunmuş subliminal ( şüuraltı) mesaj nədir və necə tətbiq olunur?

Subliminal mesaj – sözlərlə ifadə etmədən, müəyyən işarələrin şəkil və videoçarx vasitəsi ilə insanların şüuraltısına ötürülməsidir. Bir müddət insanların şüuraltısında toplanan bu mesajlar, qısa müddət sonra effektli nəticə verməyə başlayır.

Subliminal mesajlar ilk olaraq “25-ci kadr” üsulu ilə tətbiq olunmağa başlamışdır. Bəs 25-ci kard nə deməkdir? İnsan beyni bir saniyədə 24 kadr qəbul edə bilər, lakin video məzmunu 25 kadrdan ibarət olur. Bu səbəblə, 25-ci kadr vasitəsi ilə subliminal mesajlar insanların şüuraltısına ötürülməyə başlandı. Beləliklə, gözlərimiz son kadrları görürdü, ancaq beynimiz onu doğru bir şəkildə idrak edib, dəyərləndirə  bilmirdi.

“25-ci kadr” üsulu 1957-ci ildə James Vykeri tərəfindən, reklamın effektivliyini artırmaq məqsədi ilə yaradılmışdır. James bu üsulu ilk dəfə kinoteatrlarda tətbiq etdi. Ekranda saniyənin 1/3000 hissəsi üçün “Acmısınız? Popkorn yeyin və Coca-Cola için” mesajı verilməyə başlandı. Tətbiq olunan bu üsul nəticəsində popkorn satışları 57,8 %,  Coca-Cola satışları isə  18 % artdı.

60-cı illərdə Coca-Cola şirkəti bu texniki yeniliyi reklamlarında geniş tətbiq etməyə başladı və ardından məhsullarına olan tələbat kəskin artdı. Daha sonra rəqib olan şirkətlər bu üsulu çox geniş bir şəkildə istifadə etməyə başladı. Bunun nəticəsi olaraq, qanunvericilik qısa müddətdə bu işə müdaxilə edərək və bu üsulun reklamda istifadəsini qadağan edən bir qanun qəbul etdi.

Subliminal mesajların tətbiqi, hal-hazırda bəzi ölkələrdə rəsmi olaraq qadağan olunmasına baxmayaraq, yenə də tətbiq olunmaqda davam edir. Xüsusi ilə vurğulamaq lazımdır ki, heç bir qurum rəsmi olaraq bu üsulun tətbiqini qəbul etmir.

Buna səbəb isə, subliminal mesajların insanların hiss və düşüncələrinə birbaşa təsir edərək, onların şüuraltısını idarə altına alması ilə bağlıdır.

Bununla birlikdə, sözü gedən mesajlar kütlə psixologiyasının idarə olunmasında və ən əsası neyro kommunikasiyada çox önəmli bir yer tutur.

Qadağalara baxmayaraq, hal-hazırda dünyanın bir çox qlobal markaları tərəfindən bu üsulun istifadəsi davam edir.

Bəs subliminal mesajlara nümunə olaraq hansı şirkətləri və ya şəkilləri göstərə bilərik?

Amazon logo | Motor1.com фотографии

Amazon şirkətinin loqosu

Bildiyiniz kimi, amazon.com onlayn satış saytlarından biridir. Bu şirkətin loqosunda yerləşən sarı ox işarəsi subliminal mesajdır. Sözü gedən sarı ox, onlayn mağazanın satdığı müxtəlif məhsulları əks etdirir. Eyni zamanda, ox müştəri məmnuniyyətini simvollaşdıran bir təbəssüm şəklindədir.

Baskin Robbins Logo | The most famous brands and company logos in the world

Baskin Robbins şirkətinin loqosu

Baskin Robbins dondurmaları bütün dünyada məshurdur. Şirkətin loqosuna diqqətlə baxdığınız zaman, 31 rəqəminin burada açıq aydın göründüyünü müşahidə edirsiniz. Bəs 31 rəqəminin mənası nədir? Ayın hər günü üçün Baskində yeni dondurma növü vardır.

Fedex şirkətinin loqosu

FedEx Logo | The most famous brands and company logos in the world

Fedex dünyada tanınan kargo şirkətlərindən biridir. Sözü gedən şirkətin loqosunda yerləşdirilən ox işarəsi kargo şirkətinin çatdırılmasının sürətli və dəqiq olduğunu əks etdirir.

Təbii ki, loqolarda yerləşdirilmiş şüuraltı mesajlar bu üsulun ən saf halını təmsil etməkdədir. Əsasən filmlərdə, reklamlarda istifadə olunan bu üsul çox zaman siyasi və bir çox gündəm mövzusu haqqında müəyyən mesajları kütlənin şüuraltısına yeritməkdədir. Təəsüf doğuran məqam odur ki, diqqətli olmayan izləyici çox rahat bir şəkildə bu mesajların neqativ təsiri altına düşür.

Bu səbəblə, hal-hazırda dünyada tanınan bir çox markalar tərəfindən geniş istifadə olunan bu üsul, qanunvericilik tərəfindən daima nəzarət altında saxlanılmaqdadır.

Müjgan Əliyeva