Sülh sazişi nə vaxt imzalanacaq?backend

Sülh sazişi nə vaxt imzalanacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı sülh sazişinin mümkün qədər tez imzalanmasında, İrəvan isə hami axtarışlarının sürətlənməsində maraqlıdır. Maraqların toqquşması bölgədəki gərginliyi kənar oyunçuların mənafelərinin təsirindən xilas etmir.

Cənubi Qafqazda stabil sülhün bərqərar olması üçün artıq konkret addımların atılmasına zərurət duyulur. Fasiləsiz olaraq Avropa İttifaqından, Fransadan və ABŞ-dan təlimatlar alan, habelə İranı da vədləri ilə aldatmağa çalışan Ermənistan prosesdə süni əngəllər yaratmağa davam edir.

Bakı səbrli davransa da, səbrin də bir hüdudu var və region kənar təsirlərin azaldılması şəraitində bölgə dövlətlərinin maraqlarının tam təminatına ehtiyac duyur.

Azərbaycanın Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlaması bu baxımdan yetərincə maraqlıdır.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini azad edir.

Ermənistan öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan və Ermənistan ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

“Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”, – açıqlamada deyilir.

Bu arada Ermənistanın XİN başçısı Ararat Mirzoyan ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib.

Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə ifadə edib.

“Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, – Ermənistan XİN-nin yaydığı məlumatda deyilir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan birgə açıqlamasını alqışlayıb.

Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

“Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.

İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”, – Ş.Mişel bəyan edib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel də Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb, bunu “mühüm siyasi addım” adlandırıb.

“Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – İttifaqın baş diplomatı sosial şəbəkədə yazıb.

ABŞ da Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsini alqışlayır.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin müvafiq mövzulu bəyanatında bildirilib.

“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı və otuz iki erməni saxlanılanın azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu öhdəlik tərəflərin sülh müqaviləsini prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək üçün zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq.

Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, – Millerin bəyanatında vurğulanıb.

Beləliklə, Azərbaycan birbaşa və bilavsitə olaraq Ermənistanla danışıqlar apararaq 2 əsgərimizi əsirlikdən, daha doğrusu, məhbəsdən azad etdi. Bununla da rəsmi Bakı Qərbə çox aydın və konkret messic ünvanladı ki, Azərbaycan hakimiyyəti qarşısına qoyduğu məqsədlərdən əsla əl çəkən deyil.

Messic həm də Qərbin idarə etdiyi, Azərbaycan daxilindəki şəxslərə və qruplara da ünvanlanıb.

Rəsmi Bakı göstərdit ki, iki vətəndaşına görə 32 ermənini azad etmək gərəkirsə – edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan və komandası prosesdə süni maneələr yaratmağa, vaxt uzatmağa çalışsalar, belə cəhdləroin qarşısı da beyünəlxalq hüquq çərçivəsində effektiv şəikldə alınacaq.

Azərbaycan bölgədə dayanıqlı sülhün və stabilliyin bərqərar olması üçün uzunmüddətli strategiyanı reallaşdıraraq, səbrli davranmağı da bacarır.

Məhz bu səbəbdən yekun sülh sazişinin imzalanması artıq uzaq perspektivdəki məsələ təsiri bağışlamır.

Cənubi Qafyqazda dayanıqlı sülhün və stabilliyin bərqərar olması üçün imalanması aprior məsələ olan sülh sazişinin şərtləri məlumdur:

1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Azərbaycan sülh sazişinin imzalanmasının qarşısını illərlə kəsmiş qarabağlı erməni separatizmi problemini həll etdiyini üçün hadisələr sürətlə inkişaf edə bilər. Hazırda əsas problem bölgəmizlə bağlı yaşananr geosiyasi proseslərdir. Rəsmi Bakı bu səbəbdən Ermənistanla vasitəçilər olmadan, ikitərəfli, birbaşa dialooqa üstünlük verir.

Vəziyyət isə qarışıq və mürəkkəbdir.

Bakı ilə İrəvan arasındakı danışıqlarda Qərbin vasitəçiliyini Rusiya qəbul etmir, danışıqların Moskva trekinin baş tutmasına Qərb birmənalı olaraq yol vermık istəmir.

İstənilən halda sülh sazişi ilə bağlı müzakirələrin ikitərəfli formatı daha məqbuldur.

Amma Nikol Paşinyan bunu istəmir və Qərbin vasitəçiliyinə, hamiliyinə və dəstəyinə can atır.

Vəziyyət də ona görə gərginlik elementlərindən xali ola bilmir.

TREND