Sumqayıtda müayinəyə gələn pasiyent növbədə ölüb – YENİLƏNİBbackend

Sumqayıtda müayinəyə gələn pasiyent növbədə ölüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16 mart 2024-cü il tarixində 1961-ci il təvəllüdlü Sara Nəcəfova Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli xəstəxanada nevroloq və qastereontoloq müayinəsindən keçib, MRT müayinəsi üçün göndəriş verilib.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Qeyd edilib ki, tibb müəssisəsində saat 18:15 radələrində S.Nəcəfovanın qəfil halı pisləşib, ilkin təxirəsalınmaz tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

S.Nəcəfova MRT müayinəsini gözləyərkən ondan əvvəl 1 nəfər olub ki, o da müayinədə olub.

S.Nəcəfovanın ölüm səbəbi təşrihdən sonra məlum olacaq.

16 mart

Sumqayıtda müayinə olunmaq üçün xəstəxanaya gələn pasiyent növbədə ölüb.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində xəstəxanalardan birində qeydə alınıb.

MRT müayinəsi olunmaq üçün növbə gözləyən 1961-ci il təvəllüdlü Sara Oktay qızı Nəcəfova xəstəxanada ölüb.

Fakt araşdırılır.