“Taxıl sazişi” təhlükədə: Rusiya öz oyununu oynamağa başlayıbbackend

“Taxıl sazişi” təhlükədə: Rusiya öz oyununu oynamağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna baş nazirinin müavini Aleksandr Kubrakov Türkiyənin müdafiə naziri Hulusi Akarın dəvəti ilə çərşənbə axşamı Qara dəniz taxıl təşəbbüsünü müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.

Editor.az xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Kubrakovun Türkiyəyə səfəri Ukraynanın İcmalar, Ərazilər və İnfrastruktur İnkişaf Nazirliyinin Rusiyanın “taxıl sazişi”nə mane olması ilə bağlı bəyanatı fonunda baş verir. Ukrayna tərəfinin bildirdiyinə görə, aprelin 10-dan Rusiya Federasiyası “taxıl müqaviləsi” çərçivəsində yoxlama üçün Ukrayna limanlarından çıxan gəmilərin qeydiyyatını birtərəfli qaydada dayandırıb və öz mülahizəsinə uyğun olaraq yoxlama planını formalaşdırmağa başlayıb. Nəticədə “taxıl təşəbbüsü”nün fəaliyyətinin doqquz ayında ikinci dəfədir ki, yoxlama planı tərtib olunmayıb və bir dənə də olsun gəmi yoxlanılmayıb. Ukraynanın İnfrastruktur Nazirliyi tərəfdaşları – sazişin təminatçısı olan BMT və Türkiyəni “bütün tərəflərin doqquz ay ərzində işləmiş prosedurlara əməl etməsini təmin etməyə” çağırıb.

Xatırladaq ki, martın 18-də Ukrayna hökuməti taxıl təşəbbüsünün 120 gün uzadılmasını istəsə də, Rusiya bu müddətin cəmi 60 gün uzadacağını bildirib və ultimativ tələbləri yerinə yetirilmədiyi təqdirdə tam fasilə ilə hədələyib.

//Samir Qurbanov,Editor.az