TƏCİLİ! İraq-Türkiyə arasında gərginlik artırbackend

TƏCİLİ! İraq-Türkiyə arasında gərginlik artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə İraqın şimalındakı Parax kəndi yaxınlığında baş verən partlayış nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 23 nəfər yaralanıb. Rəsmi Ankara hücumu bölgədəki terror təşkilatlarının həyata keçirdiyini açıqlayıb. Bağdad rəhbərliyi isə heç bir sübut göstərmədən Türkiyəni günahlandıraraq gərginliyi daha da artırıb. İraqda Türkiyə bayrağı yandırılıb. Mövzu ilə bağlı ABŞ-dan açıqlama verilib.

Editor.az Teleqraf.com-a istinadən xəbər verir ki, terror təşkilatı PKK/KCK ötən gün İraqın şimalındakı Parax kəndi yaxınlığında hücum həyata keçirib. İlkin məlumata görə, Duhokda baş verən partlayışda 8 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.

Ankara hücumu terror təşkilatlarının törətdiyini açıqlayarkən, İraqdan şok ittiham gəlib. Bağdad rəhbərliyi hücuma görə Türkiyənin məsuliyyət daşıdığını iddia edərək ittihamlar səsləndirib.

İraq administrasiyasının Türkiyəni ittiham etməsindən sonra baş nazir Mustafa Əl-Kazımi hücumla bağlı araşdırmaya başlayıb və Türkiyənin hücum etdiyinə dair heç bir sənəd və konkret sübut göstərməyib. Bağdad rəhbərliyinin Türkiyəni heç bir sübut təqdim etmədən ittiham etməsi üzərinə iraqlılar Türkiyə bayrağını yandıraraq gərginliyi artırıb.

Ankara hücumda terror təşkilatı PKK-nı günahlandırsa da, İraq hökumətini də hücumun araşdırılmasında əməkdaşlığa çağırıb. Buna baxmayaraq İraq prezidenti Bərham Salih şəxsi Twitter hesabında bu hücumu pisləyib və ölkəsinin ərazi bütövlüyünün pozulduğunu bildirib.

Bağdad Türkiyənin İraqdakı səfirinə nota verərkən, təcili olaraq BMT-yə şikayət edəcəklərini iddia ediblər. İraq Ankaradakı müvəqqəti işlər vəkilini də Bağdada çağırıb.

İraqın xarici işlər naziri Fuad Hüseyn bölgədə araşdırmalar aparıb.

Ankara-Bağdad xəttində gərginliyə səbəb olan bu hücumla bağlı ABŞ-dan da açıqlama gəlib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays hücumu yaxından izlədiklərini bildirib. Deyib ki, mülki əhalinin öldürülməsi qəbuledilməzdir və bütün ölkələr mülki şəxslərin müdafiəsi də daxil olmaqla beynəlxalq hüquqa riayət etməlidir: ”Biz İraqın ərazi bütövlüyü, təhlükəsizliyi və sabitliyinə və İraq Kürd Regional Rəhbərliyinə güclü dəstəyimizi davam etdiririk”.

Gərginliklə bağlı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

O bildirib ki, bunun Türkiyə ilə əlaqəsi yoxdur:

“Türk Silahlı Qüvvələrimizdən aldığımız məlumata görə, mülki insanlara hər hansı bir hücum olmayıb”.

Çavuşoğlu İraq hakimiyyətini terror təşkilatı PKK-nın təsiri altında açıqlama verməməyə çağırıb:

“Türkiyəyə qarşı irəli sürülən ittihamları rədd edirik. Biz Türkiyə ilə bağlı həm səlahiyyətli, həm də icazəsiz bəyanatları rədd edirik. Dünən bu acı xəbəri aldıqdan sonra açıqlama verdik. Bir daha dünyasını dəyişən 9 qardaşımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Biz də lazım gələrsə, yaralıları Türkiyəyə gətirə biləcəyimizi dedik”.