Tehran G7 ölkələrinin bəyanatında ona qarşı ittihamların əsassız olduğunu açıqlayıbbackend

Tehran G7 ölkələrinin bəyanatında ona qarşı ittihamların əsassız olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran G7 ölkələrinin Xarici İşlər Nazirləri Toplantısının yekun bəyannaməsində Tehrana qarşı ittihamların əsassız olduğunu açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Nüvə silahının heç vaxt İranın müdafiə və təhlükəsizlik strategiyasında, eləcə də dini düşüncəsində yeri olmadığını iddia edən bəyanatda qeyd olunub ki, İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə Nüvə Qeyri-Nüvə Proqramı çərçivəsində əməkdaşlıq edib. Həmçinin oda qeyd olunub ki, Tehran digər ölkələrin İran və MAQATE arasında texniki qarşılıqlı fəaliyyətə qarışması və siyasi təzyiqlərdən çəkinməsini gözləyir.

Bəyanatda İranın Rusiyanı pilotsuz təyyarələrlə silahlandırması ilə bağlı ittihamlar rədd edilib Qərb ölkələri silah göndərməklə Ukraynada münaqişəni qızışdırmaq əvəzinə dialoq və diplomatiyaya yönəlməyə çağırılıb. Bildirilib ki, İran tərəflərdən birinə digərinə qarşı istifadə etmək üçün heç bir silah verməyib və verməyəcək.

“Böyük yeddilik liderlərinə İrana qarşı əsassız ittihamlardan çəkinmələri və qarşılıqlı hörmətə əsaslanan real yanaşma tövsiyə olunur”, – bəyanatda deyilir.

//Gülnarə Abasova, Editor az