Türkiyə ilə Yunanıstan arasında gərginlik DAVAM EDİR:”Bu, NATO-nun sonu ola bilər”backend

Türkiyə ilə Yunanıstan arasında gərginlik DAVAM EDİR: “Bu, NATO-nun sonu ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Yunanıstan arasındakı münaqişənin köşklərinin tarixdən gəldiyi hamıya bəllidir. Səlcuqlu və Osmanlı dövründən Bizansla davam edən qarşıdurma bu gün Türkiyə-Yunanıstan qarşıdurması kimi davam edir və bunun bu şəkildə davam etməsi də proqnoz ediləndir. Türk-yunan qarşıdurması dünya tarixinin ən dərin köklərə malik qarşıdurmasıdır. Öncədən də mövcud olan və 1071-ci ildə Malazgirt döyüşündən sonra türklərin Anadoluya gəlməsi ilə daha da kəskin başlayan bu qarşıdurma 1453-cü ildə İstanbulun fəthi ilə nəticələndi. Atatürkün İzmirdə yunanları dənizə tökməsindən və 1974-cü ildə Kiprdə aparılan sülh əməliyyatından sonra da bu gərginlik hələ də başa çatmayıb”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitik bildirib ki, iki ölkə arasında gərginlik həmişə olub:

“Bu, dənizlərdə qarşılıqlı tacizlərdən tutmuş, Türkiyə sərhədində kürd-erməni terrorçularına dəstək verməyə, son olaraq Yunanıstanın 2015-ci ildə Türkiyədə hakimiyyət çevrilişi etmək istəyən fetoçuları öz ölkəsində saxlayaraq geri verməməyə kimi gəlib çatıb. Hal-hazırda Yunanıstanın Türkiyə ilə müharibə etmək üçün nə iqtisadi, nə də hərbi imkanları var. Amma Amerika və Fransanın hələ ki, sözdə dəstəyi hiss edilir. Amerika Yunanıstanın Dədəağac limanına silah yığır. Türkiyə bundan narahatdır. Hesab edir ki, bu silahlar onunla müharibə üçün Yunanıstana veriləcək.
Amma hesab edirəm ki, Amerikanın geosiyasi güc kimi NATO ölkələrindən birinə silah yığmasının Türkiyə ilə əlaqəsi yoxdur. Amerika coğrafi olaraq NATO ölkələrindən çox uzaqda yerləşdiyi üçün hansısa bir NATO ölkəsində silah ehtiyatı yaradır ki, lazım olanda vaxt itirmədən köməyə gələ bilsin. Təbii ki, bunu Yunanıstana yığmaqla müəyyən mənada zəif Yunanıstana Türkiyənin təzyiqini azaltmağa çalışır. Hesab edirəm ki, xırda gərginliklərdən başqa heç bir savaş olma ehtimalı yoxdur. Bu savaşın nəticəsi öncədən bəllidir. Yunanıstan məhv ola bilər”.

A.Qasımovun sözlərinə görə, Türkiyə son dövrlər güclü hərbi və siyasi imkanlara malik olsa da onun gücü Amerika ilə müqayisə edilə bilməz: “Amerikanın Türkiyəni zəiflətmək üçün yolları çoxdur. Ona görə kim fikirləşirsə ki, Yunanıstanla Türkiyə arasında müharibə Amerikaya lazımdır, onlar yanılırlar. Amerika lideri olduğu NATO-da bu şəkildə müharibə istəməz, çünki bu, NATO-nun sonu olar”.

//Gülnarə Abasova, Editor.az