Ukraynanın 5000 hərbiçisi Böyük Britaniyada döyüş təlimini başa vurubbackend

Ukraynanın 5000 hərbiçisi Böyük Britaniyada döyüş təlimini başa vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusunun təxminən 5 min əsgəri “INTERFLEX” proqramı çərçivəsində Böyük Britaniyada təlim keçib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat verib.

“Əsgərlər mühəndislik, atəş, psixoloji və taktiki hazırlıq, o cümlədən taktiki tibb və urbanizasiya ərazilərində hücum və müdafiə əməliyyatları üzrə əsas bilik, bacarıq və bacarıqlara yiyələniblər”, – deyə Ukrayna Baş Qərargahının məlumatında bildirilir. Bildirilib ki, Ukrayna əsgərlərinə təlim keçən mütəxəssislər Böyük Britaniya, Kanada, Hollandiya və Yeni Zelandiyadan olub.

//Gülnarə Abasova, Editor.az