Ukraynanın vəziyyəti getdikcə ağırlaşırbackend

Ukraynanın vəziyyəti getdikcə ağırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya silah-sursat ehtiyatlarına görə Ukraynanı ən azı 40 dəfə üstələyir.

Editor.az-ın məlumatına görə, bu barədə “The Independent” yazıb. Qərb kəşfiyyatının məlumatına görə, rus qoşunları artilleriyada 20:1, döyüş sursatında isə 40:1 üstün olduğu üçün, Ukrayna davam edən müharibədə böyük itkilər verir. Statistika cəbhə xəttindəki amansız münaqişənin acınacaqlı mənzərəsini yaradır.

“The Independent”in dərc etdiyi hesabatda ilk dəfə olaraq ukraynalı əsgərlərin fərariliyi ilə bağlı narahatlıqlara toxunulur və bildirilir ki, Ukrayna qüvvələri 15,5 millik hərəkət radiusu ilə məhdudlaşır ki, düşmən də bu məsafədən 12 dəfə artıq zərbələr endirə bilir. Ukraynanın şərqində gedən şiddətli döyüşlər “Ukrayna qüvvələrinə psixoloji, həm də madi-texniki baxımdan ciddi təsir edir. Bu səbəbdən də “fərailərin sayı hər həftə artır”, – sənəddə deyilir. Eyni zamanda, hərbi əsirlərin sayında da artan fərqlər Kiyevin danışıqlarda mövqeyini zəiflədir. Kəşfiyyat hesabatında daha sonra deyilir: “Ruslar hərbi əsirlərin təkətək mübadiləsinə can atır. Bu o deməkdir ki, ən azı 4500 ukraynalı məhbus sülh razılaşması əldə olunana qədər Rusiya həbsxanalarında qala bilər. Əgər onların ailələrinin social müdafiəsi və ünsiyyət sahəsində ciddi işlər görülməsə, Moskva çox güman ki, bundan Ukraynada daxili sabitliyi pozmaq üçün rıçaq kimi istifadə edəcək”.

Editor.az