Ukrayna prezidenti Volodimir Zelenski Çin prezidenti Si Cinpini Ukraynaya dəvət etdiyini açıqlayıb.
Editor.az bildirir ki, bu barədə “Associated Press” məlumat yayıb. Məlumata görə, “Zelenski indiyə qədər Ukraynaya gəlməmiş bir görkəmli və strateji əhəmiyyətli liderə – Çin prezidenti Si Cinpinə dəvət göndərib”.
Agentlik Zelenskinin çıxışandan sitat verərək qeyd edir ki, “Onu burada görməyə hazırıq. Onunla danışmaq istəyirəm”. Ukrayna prezidenti qeyd edib ki, o, müharibə başlamazdan əvvəl Si ilə danışıb. Lakin Rusiyanın tam miqyaslı işğalına məruz qaldığı bir ildən çox müddət ərzində Çin lideri ilə heç bir əlaqə olmayıb.
//Samir Qurbanov,Editor.az