Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdi olub: ABŞ narahatdırbackend

Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdi olub: ABŞ narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezident administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinə hazırlıq barədə məlumatlardan narahatdır/

Editor.az bildirir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə deyib. Bir gün əvvəl, mayın 7-də Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Ukrayna rəsmilərinin və siyasətçilərinin, o cümlədən Zelenskinin qətlini planlaşdırdığı iddia edilən iki polkovnikin saxlandığını elan edib: “Biz bu xəbəri gördük. Bu, təbii ki, ciddi narahatlıq doğurur.

Və təbii ki, biz şadıq ki, potensial sui-qəsd cəhdinin qarşısı alınıb”, – deyə xanım Jan-Pyer bildirib. Əlavə məlumat üçün Ağ Evin sözçüsü Ukrayna hökuməti ilə əlaqə saxlamağı məsləhət görüb.

Qeyd edək ki, UTX-nin mayın 7-də verdiyi məlumata görə, saxlanılan iki UGO polkovniki agent şəbəkəsinin bir hissəsi olub, məqsədi gələcəkdə Volodimir Zelenskini öldürmək üçün ona yaxın adamları axtarmaq olub. Şəbəkənin fəaliyyətinə Rusiya FSB-si nəzarət edirmiş.

//Samir Qurbanov, Editor.az