Xalq artisti xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır – FOTObackend

Xalq artisti xəstəxanaya yerləşdirildi – Vəziyyəti ağırdır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Aftandil İsrafilovun səhhətində problemlər yaranıb.

ötən gün vəziyyəti ağırlaşan sənətçi təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə aparıcı Hacı Nuran Hüseynov bildirib. Onun sözlərinə görə həkimlər Xalq artistinin vəziyyətini ağır qiymətləndirirlər:

“Sənətkarın vəziyyəti kritikdir. Düzü, mən buna inanmaq istəmirəm. Çünki bilirəm ki, Aftandil İsrafilov xəstəliyin nə olduğunu bilməyən adamdır. Amma dünya halıdır. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Allah köməyi olsun, deyirəm. Bizim dost itirən vaxtımız deyil!”.

publika.az