Xorvatiya çeçen vətəndaşlarına siyasi qaçqın statusu verməkdən imtina edibbackend

Xorvatiya çeçen vətəndaşlarına siyasi qaçqın statusu verməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya məhkəməsi Çeçenistandan olan beş yerli vətəndaşa siyasi qaçqın statusundan və beynəlxalq müdafiədən imtina edib.

Editor.az xəbər verir ki, Avropa Çeçenlər Assambleyasının nümayəndəsi İsa Daduyev Kavkaz.Realii layihəsinə bildirib. Məlumata səfərbərlikdən qaçan Rusiya Federasiyası vətəndaşları vətənə deportasiya oluna bilər. Çeçen mühacirləri qaçmaqlarının səbəbini Ukraynaya qarşı müharibədə iştirak etmək istəməmələri bağlı olduğunu qeyd ediblər. İndi onlar miqrantlar üçün nəzərdə tutlan mərkəzdə qalırlar.

Onlar başqa ölkəyə göndəriləcək və ya Rusiyaya deportasiya olunacaqlar. Daduyev deyib ki, onlara qarşı çıxarılan məhkəmə qərarı qərəzlidir: “Məhkəmədə iştirak edən tərcüməçilər bildiriblər ki, imtina heç bir sübut olmadan edilib və müdafiə üçün müraciət edənlərin islamçı ekstremistlər olması ehtimalına əsaslanıb. Çox qərəzli qərardır”, – Avropa Çeçen Assambleyasının nümayəndəsi deyib.

  //Samir Qurbanov,Editor.az