Yeni Zelandiya pilotunun xilas edilməsi əməliyyatı zamanı İndoneziya ordusunun azı 6 əməkdaşı ölübbackend

Yeni Zelandiya pilotunun xilas edilməsi əməliyyatı zamanı İndoneziya ordusunun azı 6 əməkdaşı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın Papua əyalətində qiyamçılar tərəfindən girov götürülən Yeni Zelandiya pilotunun xilas edilməsi əməliyyatı zamanı İndoneziya ordusunun azı 6 əməkdaşı ölüb, 30 nəfər itkin düşüb.

Editor.az xəbər verir ki, bu barədə aprelin 16-da Avstraliyanın ABC telekanalı rəsmilərə istinadən xəbər verib. Xəbərə görə, aprelin 15-də Qərbi Papua Milli Azadlıq Ordusu (TPNPB) silahlı təşkilatının üzvləri atəş açarkən Nduqa bölgəsində 36-ya yaxın əsgər növbətçilik edib.

Papua silahlı qüvvələrinin sözçüsü polkovnik German Taryaman bildirib ki, əsgərlər əsir düşən Filip Mark Mertensi axtaran qrupun üzvləridir. İndoneziya ordusunun neçə üzvünün öldüyü və yaralandığı hələ dəqiq bilinmir. Axtarışlar davam edir. Lakin güclü yağış, duman və əlaqənin olmaması axtarışları və təxliyyəni çətinləşdirir”, – telekanal bildirir.

  //Samir Qurbanov,Editor.az