NATO-nun baş katibi Yens Stoltenberq müttəfiqləri Ukraynaya silah və sursat tədarükü məsələsində “daha çox iş görməyə” çağırıb.
Editor.az bildirir ki, o, Ukraynanın hava hücumundan müdafiə üçün sursatlarının tezliklə tükənəcəyi ilə bağlı yayılan məlumatları şərh edərkən belə bir bəyanatla çıxış edib.
CNN yazır ki, Stoltenberq hərbi yardımın ukraynalıların əraziləri geri almasına kömək etmək üçün çox vacib olacağını deyib: “Biz Ukraynaya artıq təhvil verilmiş külli miqdarda silah, döyüş sursatı, material verildiyini bilirik. Lakin daha çox iş görməliyik. Çünki ukraynalıların öz ərazilərini azad edib geri qaytara biləcək vəziyyətə çatmasını təmin etməliyik”, – Alyansın baş katibi bildirib.
//Samir Qurbanov,Editor.az