Zelenskinin BMT-də Rusiyaya çağırışı: Veto hüququ ondan alınmalıdırbackend

Zelenskinin BMT-də Rusiyaya çağırışı: Veto hüququ ondan alınmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukraynaya, xalqımıza qarşı cinayət törədib və ona görə də dövlətimiz Rusiyanın cinayətlərinin ədalətli şəkildə cəzalandırılmasını tələb edir. BMT tərəfindən Rusiyanın əlindən veto hüququ alınmalıdır”.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Ukraynanın İzyum şəhərində tapılan kütləvi məzarlıqdan danışan Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında videomüraciətlə çıxışında qeyd edib. O, Rusiyanın beynəlxalq məhkəmələrdə mühakimə olunmasının lazım olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərliyə toxunan Zelenski bütün dünya sülh istəsə də, Putinin istəmədiyini bildirib. Eyni zamanda, Zelenski çıxışında qərb ölkələrini Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb. Rusiyanı “terror dövləti” olaraq xarakterizə edən və ölkəsində törədilən cinayətlərə qarşı xüsusi məhkəmə qurulmalı olduğunu müdafiə edən Ukrayna Prezidenti Rusiya ilə döyüşməmək üçün danışıqlarda böyük səy göstərdiklərini ifadə edib:

“Provokasiya edən biz deyildik. Müharibəni dayandırmaq üçün 88 görüş keçirilib. Amma Rusiya bu təcavüz cinayətini dayandırmaq əvəzinə onu böyük işğala çevirib”.

//Safura Bənnayeva, Editor.az