Biləsuvarda qadın qonşusu tərəfindən döyüldü

16:28 | 10 Avqust, 2017
Biləsuvar rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə şəhərin S.Əsgərov küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1993-ci il təvəllüdlü Səbinə Rasim qızı Rzazadə qonşusu tərəfindən döyülüb.
Yaralı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Report