39 yaşlı rusiyalı alim koronavirusdan öldübackend

39 yaşlı rusiyalı alim koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus artıq elmə də böyük zərbələr vurmağa başlayıb. Belə ki, rusiyalı nüvə alimi Daniil Tlisov COVID-19-dan ölüb.

Bu barədə MK xəbər yayıb.

Məlumatda bildirilir ki, Rusiya Elmlər Akademiyası Nüvə Tədqiqatları İnstitutunun alimi, böyük adron sürətləndiricisi üzrə mütəxəssis, 39 yaşlı D.Tlisov martın 21-də Fransadan qayıdıb.

Aprelin 4-də o, özünü pis hiss edib və Moskvada xəstəxanaya yerləşdirilib. Koronavirus testi müsbət çıxan alimin vəziyyəti sonradan ağırlaşıb və o vəfat edib.

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada 21 102 koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə, 170 nəfər ölüb, 1 694 nəfər sağalıb.