Qubada iki övlad atası baltalandı

13:01 | 18 Avqust, 2017

Quba rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Cimi kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Alxasov Maarif Qazəhməd oğlu həmkəndlisi, 1983-cü il təvəllüdlü Əhmədov Vətən Vəkil oğluna balta ilə xəsarət yetirib.
Xəsarət alan şəxs ölüb. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.
Ölən V.Əhmədov ailəli olub, iki övladı var.
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

///Apa