8 il sonra qayıdıb koronavirus pandemiyası haqda mahnı oxudularbackend

8 il sonra qayıdıb koronavirus pandemiyası haqda mahnı oxudular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın əfsanəvi “The Rolling Stones” rok qrupu səkkiz ildən sonra yeni sinql təqdim edib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat kollektivin saytında yerləşdirilib.

“Living in a Ghost Town” adlı kompozisiya koronavirus pandemiyasına həsr olunub. O, özünütəcrid rejimi şəraitində yazılıb.

Dörd dəqiqəlik mahnıya dünya şəhərlərinin boş qalan küçələrində çəkilən kadrlardan ibarət klip çəkilib. Ekran işində kimsəsiz London metrosu, Pikadilli meydanı, Temza sahili, Hollivudun Şöhrət xiyabanı, Keyptaunun rayonları və s. məkanlar yer alıb.

Qeyd edək ki, sonuncu dəfə kolletiv yeni mahnılarını 2012-ci ildə buraxmışdı. Bu, “Doom and Gloom” və “One More Shot” kompozisiyaları idi.

58 il əvvəl yaranan “The Rolling Stones” qrupu 1960-cı illərdə “The Beatles”ın əsas rəqibi olub. “Liverpullu dördlük”dən fərqli olaraq, dağılmayıb və yeni disklərin buraxılmasını, eləcə də konsert çıxışlarını davam etdirib. O, rok musiqisi tarixində ən uğurlu kollektivlərdən biri sayılır.