Ukraynalı deputat koronavirusa yoluxdu

12:51 | 23 May, 2020

Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasından olan deputatı Yuri Aristov koronavirusa yoluxub.

Editor.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə fraksiya rəhbərinin müavini Yevgeniya Kravçuk Feysbuk hesabında məlumat verib.

“O, özünü yaxşı hiss edir, simptomlar yüngüldür”, – o yazıb.

Ukrayna Səhiyyə Nazirliyinin ən son məlumatlarına görə, ölkədə koronavirusa 20 148 yoluxma halı qeydə alınıb, onlardan 588-i vəfat edib, 6 585-i sağalıb.

Mövzunu Facebookda şərh et