Rusiya klubunda daha 4 koronavirusa yoluxma aşkarlanıbbackend

Rusiya klubunda daha 4 koronavirusa yoluxma aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva “Lokomotiv”i koronavirus testinin nəticələrini açıqlayıb.

Editor.az Apasport.az-a istinadən bildirir ki, Rusiya klubu daha 4 nəfərin testinin mənfi çıxdığını bəyan edib.

Futbolçu, məşqçi və baza işçilərinin testindən sonra klub məşqləri bərpa edib. Virusa yoluxan futbolçular isə Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevdir. Adıçəkilən oyunçuların özlərini yaxşı hiss etdikləri və evlərində təcrid vəziyyətində qaldıqları vurğulanıb. Komanda isə hökumətin tələblərinə riayət edərək məşqlərə başlayıb.

Qeyd edək ki, Rusiya Premyer Liqasında çıxış edən futbolçular arasında koronavirusa ilk olaraq “Lokomotiv”in digər oyunçusu Cefferson Farfan yoluxub.