backend

Prezident İlham Əliyev: "Azəri-Çıraq-Günəşli" üzrə müqavilənin müddəti 2050-ci ilə qədər uzadılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəri-Çıraq-Günəşli” üzrə müqavilənin müddəti 2050-ci ilə qədər uzadılacaq.
 
bunu Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Siz yəqin bilirsiniz ki, bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni müqavilənin imzalanması nəzərdə tutulur. Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var. Mən xatırlayıram, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda bəzi bizi istəməyən qüvvələr, həm ölkə daxilində, həm də xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, bu kəmər boş qalacaq. İndi biz 20 ildir ki, “Azəri-Çıraq-Günəşli”də neft-qaz hasil edirik. 1997-ci ildən hasilat başlamışdır və 20 ildən sonra yeni müqavilə imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən neft lazımi səviyyədə hasil ediləcək”.
İlham Əliyev vurğulayıb ki, bu, həm də o bədbin, qərəzli fikirlərə bir cavabdır: “Eyni zamanda onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”.
// AZƏRTAC