Amerikalılar 14 iyunda Bayraq gününü qeyd edirbackend

Amerikalılar 14 iyunda Bayraq gününü qeyd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlarda bazar günü bayraq günü qeyd edilir. Bu qeyri-rəsmi bayram Amerika bayrağının 243 il öncə 1777-ci ilin iyunun 14-də İkinci Kontinental Konqres tərəfindən qəbul edilməsinin ildönümünü qeyd edir.

Əksrə amerikalılar bu günün əhəmiyyətini bilməsə də, bəziləri bayraqları qürürla evlərinin önündə nümayiş etdirirlər.

ABŞ bayrağı illər boyu bir neçə dəfə dəyişib. Belə ki, Konqres 1960-cı ilədək hər dəfə ittifaqa yeni bir ştat qoşulanda bayrağa yeni bir ulduzun əlavə olunmasına göstəriş verirdi.

Hazırkı bayraq üzərində 13 zolaq var. Bu zolaqlar ilk 13 koloniyanı təmsil edir, 50 ulduz isə 50 ştatı.

ABŞ-ın birinci prezidenti Corc Vaşinqton bayrağı bu cür təsvir etmişdi: “Ulduzlar cənnəti təsvir edir, qırmızı ana yurdumuzu. Onu ayıran ağ zolaqlar isə bizim ondan ayrılmağımızın rəmzidir. Bu ağ zolaqlar gələcək nəsillərə azadlığı təmsil edəcək.”

Amerika ənənəsinə görə, ABŞ-ın ilk rəsmi bayrağını pennsilvaniyalı dərzi Betsi Ross tikib. Ross Vaşinqton prezident olmadan əvvəl tez-tez onun paltarlarını düzəldirdi.

1812-ci ildə Merilend ştatının Baltimor şəhərindəki Fort Makkenri qalası üzərində Amerika bayrağının uçurulduğunun şahidi olan Fransis Skot Ki “The Star-Spangled Banner” şeirini yazır. Şeir daha sonra ABŞ-ın himninə çevrilir.

Bayram günü ilk dəfə Birinci Dünya Müharibəsi zamanı, prezident Vudro Vilson tərəfindən 1916-cı ildə elan olunub. Lakin Bayraq günü İkinci Dünya Müharibəsindən sonra 1949-cu ildə Konqres tərəfindən təsdiqlənəndən və prezident Harri Truman tərəfindən imzalanandan sonra rəsmi olaraq iyunun 14-ə təyin olundu.

Bir çox amerikalı bu günün əhəmiyyəti bilmir və heç bir şəkildə qeyd etmir, çünki 14 iyun rəsmi bayram deyil və qeyri-iş günü hesab edilmir.

//milli.az