Lapşinin anası Bakıya gəlir

12:22 | 12 Sentyabr, 2017

Bloqer Aleksandr Lapşinin İsrailə göndərilməsi bu gün mümkün olmayacaq.
Bu barədə APA-ya A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.
E. Çernin deyib ki, Lapşinin anası Bakıya gəlməlidir: “Anası Bella Lapşina bura gəlmək istəyir, ona görə gözləməli olduq. Lapşin bir-iki günə İsrailə göndəriləcək”.
Vəkili onu da qeyd edib ki, hazırda xəstəxanada olan A. Lapşinin səhhəti normaldır.