Bir toyda 79 adam koronavirusa yoluxubbackend

Bir toyda 79 adam koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanın paytaxtı Daşkənddə toy edən bir ailə onlarla insanın COVID-19-a yoluxmasına səbəb olub.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, toya çağırılan 90 qonağın 79-u koronavirusa yoluxub.

Qeyd edək ki, Özbəkistanda koronavirusla bağlı toy və digər ailə şənliklərinə 30 adamdan artıq qonağın çağırılması qadağandır. Buna görə də, toy sahibi eyni məclisi üç dəfə keçirmək qərarına gəlib.