İnstaqram Madonnaya qadağa qoydu

19:32 | 30 İyul, 2020

İnstaqram dünyaca məşhur ulduz Madonnaya yanlış məlumatlar yayımladığı üçün xəbərdarlıq göndərib.

Editor.az axşam.az-a istinadən bildirir ki, sosial şəbəkə müğənninin koronavirusla bağlı yerləşdirdiyi videonu silib və yerinə başqa bir görüntü paylaşıb.

İnstaqram Madonnanın şəxsi hesabına müdaxilə edərək, dəyişikliklərdə “Dəyişiklik edildi, səbəbini görün” qeydini edib.

Madonnanın silinən videosunda koronavirusla bağlı sübutu olmayan məlumatlar və status olub. Orada ifaçı əsası olmayan koronavirus müalicəsindən bəhs edib.

İnstaqram rəhbərliyi 15,4 milyon izləyicisi olan Madonnanın paylaşımındakı kimi hələ Covid-19 üçün müalicə üsulunun olmadığını açıqlayıb.

Mövzunu Facebookda şərh et