Bakı sakini boğazından bıçaqlanıbbackend

Bakı sakini boğazından bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər boğazından bıçaqlanıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib.

1985-ci il təvəllüdlü Qurbanov Xalid Allahşükür oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı o, boğazından bıçaq xəsarəti alıb. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.