backend

Rusiya İŞİD-in Suriyadakı obyektlərinə aviazərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın TU-95MS bombardmançı təyyarələri İŞİD və “ən-Nüsra” terror təşkilatlarının Suriyadakı obyektlərinə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, Rusiyada ərazisindən havaya qalxan təyyarələr İran və İraq üzərindən uçub. TU-95MS təyyarələri Suriya səmasında olarkən İŞİD-in Deyr-əz-Zor və İdlib əyalətlərində yerləşən obyektlərini bombalayıb.
Aviazərbələr nəticəsində terrorçuların komanda-qərargah məntəqələri və texnikası məhv edilib.
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, məhv edilmiş obyektlər yaşayış məntəqələrindən, habelə ABŞ xüsusi təyinatlılarının yerləşdiyi məntəqələrdən uzaq olub.
//APA