backend

İspaniyada 4 ton narkotiklə tutulan azərbaycanlı kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Atlantik okeanında keçirilmiş beynəlxalq hüquq-mühafizə əməliyyatı nəticəsində İspaniya tərəfindən 4 tona yaxın kokainlə saxlanan “Thoran” gəmisinin 7 heyət üzvündən biri azərbaycanlıdır.
Komor adaları bayrağı altında hərəkət edən gəmi oktyabrın 1-də İspaniyanın Kadiz limanına gətirilib, heyət üzvləri həbs edilib.
Hadisənin üstündən 10 gündən çox vaxt keçib. Bu müddətdə İspaniya hüquq-mühafizə orqanlarından həbs olunan vətəndaşımız barədə Azərbaycanın daxili işlər orqanlarına hər hansı məlumat daxil olubmu? Bununla bağlı müraciət etdiyimiz DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məsələ barədə rəhbərlik etdiyi qurumda məlumat olmadığını bildirdi qeyd etdi.
Azərbaycanın İspaniyadakı səfirliyindən isə “Yeni Müsavat”a bildirildi ki, bütün məlumatlar Xarici İşlər Nazirliyinin İnformasiya şöbəsinə təqdim edilib, sualımıza oradan cavab ala bilərik.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirdi ki, İspaniyadakı səfirliyimiz məsələni araşdırmağa, həbs olunan Azərbaycan vətəndaşının kimliyini öyrənmək üçün işlərə başlayıb.