İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edilib

18:14 | 17 Oktyabr, 2017

Uzun müddət İŞİD-in əlində olan, terrorçuların “paytaxt” elan etdikləri Suriyanın Rakka şəhəri azad edilib.
Bu barədə terrorçuların fəaliyyətinin analizi ilə məşğul olan “Directorate 4” məlumat yayıb.
Terrorçuların Rakkanın zəbt etdikləri sonuncu rayonundan çıxarıldığını göstərən video çarx da yayımlanıb.
Hazırda Rakkanın tam olaraq Suriya Demokratik Qüvvələrinin (ABŞ-ın dəstək verdiyi ərəb-kürd dəstələri) nəzarəti altında olduğu bildirilir.
//APA