backend

Bakının bu ərazilərində su olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” ASC-nin abonentlərinə xəbərdarlıq edilib.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Editor.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də, Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.