backend

Tramp: “Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhlükəsizliyinin təmin olunmasına görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb. 
Bunu Almaniya kansleri Angela Merkellə görüşündən bir gün sonra ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Güclü və çox baha başa gələn müdafiəsinin təmin edilməsinə görə Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”, – deyə Tramp “Tvitter” hesabında yazıb.
“Saxta məlumatlara baxmayaraq, Merkellə görüş əla keçib”, – deyə Tramp qeyd edib.
//APA