backend

DİN Bakıda bacı-qardaşın dəhşətli qətli barədə məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Bakıda törədilmiş dəhşətli cinayətlə bağlı məlumat yayıb.
Editor.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 2-də saat 1 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarışısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Araşdırma aparılır.