backend

Ziya Məmmədovun müşavirinin istintaqı yekunlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı davam edib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs R.Əhmədovun müdafiəsinə vəkil Ülkər Yusifova qoşulub. Sonra prosesdə zərərçəkmişin həyat yoldaşı Dostuxanım Baxşıyeva istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.
Prosesdə cinayət işi üzrə məhkəmənin istintaqı tamamlanıb. Dövlət ittihamçısı Fərid Nağıyev çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi aprelin 13-də davam etdiriləcək.
İttihama görə, R.Əhmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olmuş Çingiz Baxşıyev və onun qızlarına məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını mənimsəməkdə təqsirləndirilir.
///trend